İran prezidenti uran zənginləşdirilməsinin dayandırılmasına dair təkrar çağırışları rədd edib

İran prezidenti Mahmud Əhmədinejad uran zənginləşdirilməsinin dayandırılmasına dair təkrar çağırışları rədd edib. Dövlət xəbər agenliyi İRNA-nın Malayziyada səfərdə olan prezidentə istinadən bildirdiyinə görə, Tehran ədalətli bir şəraitdə dialoqa hazır ola bilər. İran prezidenti qeyri-bərabər şərtlərin heç bir nəticə verməyəcəyini deyib. İran beynəlxalq həvəsləndirici təkliflərə cavabını Avropa Birliyinin xarici siaysət şöbəsinin rəhbəri Xaviyer Solanaya keçən cümə günü təqdim edib.