Serbiyanın baş naziri Mirko Svetkoviç parlamentə yeni proqramını təqdim edib

Serbiyanın baş naziri Mirko Svetkoviç parlamentə yeni proqramını təqdim edib. O, ölkəsinin Avropa Birliyinə üzvlüyü, iqtisadi islahatlar və Kosovonun Serbiyanın tərkib hissəsində saxlanmasının hökumətinin üstünlük verəcəyi məsələlər olacağını deyib. Qeyd edək ki, Serbiyanın yeni koalisya hökumətinə prezident Boris Tadiçin başçılıq etdiyi qərbyönümlü Demokrat partiyası və Yuqoslaviyanın sabiq prezidenti Slobodan Miloşeviçin Sosialist partiyaları daxildir. Prezident Tadiçin koalisiyası may ayı seçkilərində parlamentdəki yerlərin əksəriyyətini əldə etsə də, hökumətin təşkilini təmin edə bilməmişdi. Keçən ay sosialistlərin səsverməsi nəticəsində əksəriyyət əldə edilmişdi. Serbiyanın əvvəlki koalisiya hökumətinin dağılmasına Kosovo albanlarının müstəqillik elan etməsindən sonra Avropa Birlyiinə inteqrasiya səbəb olmuşdu.