Monqolustanda
tətbiq olunan 4 günlük fövqəladə vəziyyət ləğv olunub. Yerli vaxtla dünən gecə
başa çatan fövqəladə vəziyyətin ardınca Paytaxt Ulan-Bator küçələrində sakitlik
müşahidə olunub. Prezident Nambarin Exbayar keçən həftə seçki saxtakarlıqları
səbəbilə baş qaldıran iğtişaşlardan sonra qoşunlara müraciət etmişdi. Müstəqil
müşahidəçilər deyir ki, onlar səsermədə böyük miqyaslı pozuntu görməyiblər,
ancaq qəzəbli seçicilər küçələrə axışıblar. Nəticədə 6 nəfər həlak olub, 200
nəfər isə yaralanıb. 700-ə yaxın insanın həbs edildiyi bildirilir. Rəqib siyasi
partiyaların liderləri dünən fikir ayrılıqlarını aradan götürmək üçün
görüşüblər.