Əfqanıstanda parlament üzvü qətlə yetirilib

Əfqanıstanın cənubunda silahlılar ölkə parlamentinin üzvünü qətlə yetiriblər. Rəsmilərin sözlərinə görə, Həbibulla Can Qəndəhar vilayətinin Zari şəhərində odlu silahdan açılan atəş nəticısində həlak olub. Can habelə, icma lideri idi. BMT nümayəndəsi qətli ittiham edib. Dünən baş verən başqa bir insident zamanı 10 Taliban yaraqlısı həlak olub. Yerli polis deyir ki, onlar Helmənd vilayətində özlərinin yerləşdirdiyi yolkənarı bombanın üzərindən keçiblər. Əfqan rəsmilərinin sözlərinə görə, koalisiya qüvvələrinin Pakistanla sərhəd Nuristan vilayətinin Vant Vayqal şəhərində keçirdiyi hava hücumu nəticəsində 22 mülki vətəndaş həlak olub. Hava reydinin keçirilməsini təsdiq edən ABŞ-ın başçılıq etdiyi koalisiya öldürülənlərin vətəndaş yox, yaraqlı olduğunu bildirib.