Zimbabvedə seçki saxtakarlıqları lentə alınıb

Sabiq həbsxana nəzarətçisi Zimbabve prezidenti Robert Muqabenin 27 iyun ikinci raund seçkiləri saxlaşdırmasını lentə alıb. Videoda ZANU-PF partiyasının rəsmilərinin Harare mərkəzi həbsxanasındakı zabitləri cənab Muqabeyə səs verməyə məcbur etdikləri göstərilir. Lentdə həmçinin tanınmış müxalifət lideri Tenday Biti ayaqları qandalda nümayiş etdirilir. Şeferd Yuda deyir ki, 2 ay əvvəl Muqabe tərəfdarları müxalifət fəalı olan əmisini qətlə yetirəndən sonra o, “Guardian Films” üçün film hazırlayıb. 36 yaşlı Yuda həmin vaxtdan bəri, həyat yoldaşı və uşaqlarını da götürərək Zimbabvedən qaçıb.