Dəyirmi Masa: Rusiya-Azərbaycan münasibətləri

Rusiya prezidenti Dmitri Medvedyev Bakıya səfəri zamanı Azərbaycan rəhbərliyi ilə görüşümüş və ikitərəfli əməkdaşlıq yönümündə bir sıra sənədlər imzalamışdır. Vaxtilə tərkib hissəsi olduğu Azərbaycanla Rusiya arasındakı münasibətlər öz xüsusiyyəti ilə fərqlənir. Ələlxüsus Vladimir Putinin hakimiyyətə gəlməsindən sonra Rusiyanın regionda yürütdüyü aktiv siyasət bir sıra geostrateji məqamları daha aşkar şəkildə qabardıb. Bu iki dövlət arasındakı münasibətləri və onların perspektivlərini müzakirə etmək üçün həftənin dəyirmi masa söhbətinə Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayılı və Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclunu dəvət etmişik.