Respublikaçı senator Con Makkeyn Meksikadadır

ABŞ prezidentliyinə respublikaçı namizəd Con Makkeyn bu gün Meksikada prezident Filipe Kalderonla görüşüb. Kolumbiyanın hərbi qüvvələri tərəfindən solçu FARC qrupunun grov saxladığı 15 adam senator Makkeynin Kolumbiyadan Meksikaya səfərindən bir neçə saat sonra azad edilib. Respubliakçı namizəd bununla bağlı yaydığı bəyanatında deyib ki, Kolumbiya prezidenti Filipe Uribe onu əməliyyat barədə xəbərdar etmişdi. O, girovların azad edildiyini təyyarədə prezident Uribe ilə telefonla danışdığı zaman öyrəndiyini deyib.

Senator Con Makkeyni səfəri zamanı onun xanımı Sindi, müstəqil senator Cozef Liberman və respublikaçı senator Lidsi Graham müşayiət edir.