Dünya üzrə neft qiymətləri bu gün yeni rekord səviyyəyə çataraq,
inflasiya və qlobal iqtisadiyyata dair narahatlıqların artmasına səbəb
olub. Xam neftin qiyməti bu gün Nyu York ticarət birjasında alqı-satqı
zamanı bir barrel üçün 145 dollar 85 sent olub. Təhlilçiləri neftin
qiymətinin belə qalxmasını ABŞ dollarının zəifləməsi və Yaxın Şərqdə
vəziyyətlə əlaqələndirirlər. Neftin qiymətinin artması öz ardınca digər
məhsulların qiymətlərinin artmasına gətirib çıxarıb.