BMT-nin baş katibi Ban Gi Mun vətəni Cənubi Koreyadadır. Bu, onun vətəninə 18 ay əvvəl BMT-nin baş katibi vəzifəsini tutduğu müddətdən bəri ilk səfəridir. Cənubi Koreyanın baş naziri Han Seung-Soo tərəfindən qarşılanan baş katib özünü xoşbəxt hiss etdiyini və vətənə qayıtmasının onda həyəcan hissləri oyatdığını deyib.
BMT-nin baş katibi
Ban Gi Mun Cənubi Koreya səfəri çərçivəsində prezident Li Myun Bak və
digər yüksək səlahiyyətli rəsmilərlə görüşür. BMT-nin baş katibi
vəzifəsindən əvvəl Ban Gi Mun Cənubi Koreyanın xarici işlər naziri
vəzifəsində çalışmışdı.