Bu
gün bir Fələstinli
buldozeri Qüdsün mərkəzinə sürərək 6 nəfərin həyatına son qoyub. Hadisə
nəticəsində 45 nəfər isə yaralanıb. Mülki geyimli bir əsgər onu öldürüb və
polis deyir ki, insident terror aktıdır. Şahidlərin sözlərinə görə, şəhərin
əsas avtobus dayanacağı yaxınlığında insanların daha çox olduğu Caffa küçəsində
buldozerin maşınların üzərindən keçməsi, abtobusu aşırması və binalara xəsarət
yetirməsi Qüdsdə xaos və təşviş səhnələrinin yaranmasına səbəb olub. Polis
sözçüsü Miki Rosenfeld Amerikanın səsinə deyib ki, insident terror hücumu idi
və buldozer sürücüsü Qüdsün əsas ərzaq bazarına istiqamətlənibmiş. Həmas və
Cihad qrupunun yaraqlıları isə buldozer
insidenti ilə əlaqlərinin olmadığı bildiriblər.