Çin hökuməti ABŞ qanunvericiləri ilə insan haqları müdafiəçilərinin görüşünə imkan verməyib

Çin ABŞ qanunvericilərinin insan haqlarını müdafiə edən hüquqşünaslarla görüşünə imkan verməyib. Konqresin Çin üzrə komissiyasının üzvü, nüfuzlu respublkikaçı konqresmen Kris Smit bildirib ki, o və onunla Pekində səfərdə olan səfərdə daha bir respublikaçı konqresmen Frank Volf hüquqşünaslarla şam yeməyi planlaşdırmışdılar. Lakin onun bildirdiyinə görə, hüquqşünaslar hədələrlə qarşılaşıb və ev dustağı kimi saxlanılıblar.

Qanunvericilər deyiblər ki, onlar Çində 734 siyasi məhbusun adının olduğu siyahını Çin parlamentinin xarici əlaqələr komitəsinin sədrinə təqdim ediblər. Çinin xarici İşlər naziri məsələdən xəbərdar olmadığnı deyib, lakin əlavə edib ki, əgər belə bir siyahı təqdim edilibsə, bu, qanunvericilərin səfərinin rəsmi məqsədi ilə bir araya sığmır.