ABŞ-ın maliyyə naziri Henri Polson Rusiya prezidenti ilə görüşüb

ABŞ-ın maliyyə naziri Henri Polson Moksvada Rusiya prezidenti Dmitri Medvedevlə görüşüb. Danışıqların diqqət mərkəzində qlobla iqtisadiyyat olub. Maliyyə naziri Polson deyib ki, o, ABŞ qanunvericilərinin Rusiya Dünya Ticarət Təşkilatına üzv olduqdan sonra Birləşmiş Ştatlar və Rusiya arasında ticarətə dair soyuq müharibə dövründən qalmış məhdudiyyətləri aradan qaldıracaqlarına ümid bəsləyir.

Baş nazir Putinlə görüşündən öncə danışan Henri Polson bildirib ki, Birləşmiş Ştatlar Rusiyanın həm dövlət, həm də özəl sektorunun ABŞ-da investisiyalarını alqışlayır. Onun sözlərinə görə, Birləşmiş Ştatlar hökuməti Rusiya biznesləri üçün yaxşı iqtisadi şərait yarada bilər. ABŞ Maliyyə naziri Avropa səfəri zamanı Almaniyada və Britaniyada da olacaq.