Bomba hücumu yaraqlıların komandirinin evini dağıdıb

Pakistanda baş vermiş bomba hücumu nüfuzlu yaraqlı komandirin evinin dağılması və yeddi adamın ölümü ilə nəticəlnib. Hərbi komandir Hacı Namdar Pakistanın qəbilələrin yaşadığı Xaybar regionunda evinə hücumdan sağ çıxıb. Yaraqlılar evin qonşu Əfqanıstandan raket atəşinə tutulduğundan şübhələnirlər. Pakistan rəsmiləri partlayışla bağlı müxtəlif fərziyyələr irəli sürüblər. Bəziləri bunun təhlükəsizlik əməliyyatının bir hissəsi olduğunu deyib, başqaları isə Pakistan əsgələrinin binanın atəşə tutduğunu rədd ediblər.