Xost vilayətində 6 əsgər həlak olub

Əfqan rəsmiləri bildirirlər ki, cümə günü Xost vilayətinin mədəninə edilən hücumun nəticəsində təhlükəsizlik qvardiyasının 6 əsgəri həlak olub, 3 əsgər isə yaralanıb . Xost vilayətinin sözçüsü hadisənin Spera mahalının mədənində baş verdiyini deyib. Hücumun məsuliyyətini hələlik heç kim öz üzərinə götürməyib. Bu arada Britaniya Müdafiə Nazirliyi cümə günü Helmənd vilayətində patrul maşınının qəzaya uğraması nəticəsində bir əsgərin həlak olduğunu, iki əsgərin isə yaralandığını bildirib. Beləliklə 2001-ci ildən bəri Əfqanıstanda həlak olan Britaniya əsgərlərinin sayı 109 nəfərə yüksəlib.