Qazağıstan hökuməti və
beynəlxalq neft şirkətləri konsorsiumu 2013-cü ildə Xəzər dənizində böyük neft
yatağında istehsala başlamaq haqda razılıq əldə ediblər. Qazağıstan Enerji
naziri Sauat Minbayev bu gün paytaxt Astanada neft şirkətlərinin rəsmiləri ilə
görüşdən sonra bəyanat verib. Kaşaqan neft yatağında 36 milyard barrel neftin
olduğunu bildirən rəsmilər, orada günə bir milyon barrel neft hasil etməyin
mümkünlüyünü deyiblər. “Eni”, “Royal Dutch Shell”, “Exxon Mobil”, “Total” və
“Conoco-Philips”-in daxil olduğu konsorsium ilk dəfə olaraq neft çıxarılmasını
2005-ci ildə planlaşdırmışdı. Neftin yenidən çıxarılması isə 2011-ci ilə təyin
edilmişdi. Cənab Minbayevin sözlərinə görə, hasılatın başlanma vaxtının daha
artıq ləngiyəcəyini gözləmir.