Avropa Birliyi və Rusiya əməkdaşlıq haqda sazişin müzakirəsi barədə razılığa gəliblər

Avropa Birliyi və Rusiyanın ali rəsmiləri uzun müddət gözlənilən əməkdaşlıq haqda sazişin müzakirəsi barədə razılığa gəliblər. Rusiya prezidenti Dmitri Medvedev və Avropa Birliyi liderləri deyirlər ki, məsələ üzrə danışıqlar iyulun 4-də Brüsseldə başlayacaq. Bu açıqlama bu gün, Rusiyanın qərbi Sibir şəhəri Xantı-Mansiyskdə keçirilən sammitin sonuncu günündə açıqlanır.

Avropa Komissiyasının prezidenti Hoze Manuel Barroso danışıqların Avropa Birliyi ilə Rusiya arasında yeni səhifənin açılmasına yardım göstərəcəyinə ümid etdiyini bildirib. O, cənab Medvedevin Rusiyada qanunun aliliyini təmin etməsi haqda vədlərini alqışlayıb.