ABŞ Prezident Corc Buşun bu
yaxınlarda Avropaya səfəri onu Sloveniya, Almaniya, İtaliya, Vatikan, Fransa və
Britaniyaya apardı. Güman ki, bu, Buşun
Avropaya vida səfəri idi. Belə ki, 7
aydan sonra cənab Buşun 8 illik prezidentliyi sona yetəcək. Ekspertlər deyirlər ki, ABŞ-la
Avropa Birlyi arasındakı münasibətlər Prezident Buşun ilk 4 illik
prezidenliyindən daha yaxşı vəziyyətdədir.
Çarlz Kupçan Vaşinqtonda Xarici
Əlaqələr Şurasında çalışır. Onun sözlərinə görə 2003-2004-cü
illərdə İraq müharibəsi zamanı son dərəcə pisləşən münasibətlər indi müsbətə
doğru istiqamət götürüb. Bir çox təhlilçilər deyir ki,
Vaşinqtonla Avropa arasında münasibətləri tənzimləyən başlıca faktor ABŞ-ın
İraqa hərbi müdaxilə qərarı və ondan sonra baş verənlər idi. Avropanın müxalifliyinə o zaman Fransız
prezidenti Jak Şirak və Alman kansleri Gerhard Şröder başçılıq edirdi. İctimai rəy sorğuları göstərirdi ki,
Avropada Amerika haqda azğın və ərköyün imic formalaşmışdı.
Almaniya üzrə Amerika Şurasının
prezidenti Vilyam Drozdiakın sözlərinə görə o vaxtdan bəri bir sıra
dəyişikliklər baş verib: "Şühə yoxdur ki, ikinci dönəm
hakimiyyəti dövründə Buş administrasiyası anladı ki, təkbaşına hərəkət edə bilməz
və bu növ siyasət nəticə vermir. Buna
görə də onun Avropadakı demokratik müttəfiqlərinə əl uzatmaqdan başqa seçimi
qalmırdı."
Lakin Vaşinqton Avropaya əl
uzatdıqca iki Amerikapərəst siyasətçi Avropada lider seçildi. Ötən il Nikola Sarkozı Fransa prezidenti
qismində Jak Şirakı əvəzlədi. Angela
Merkel isə Alman kansleri Gerhard Şröderin yerini tutdu. Çarlz Kupçanın sözlərinə görə İraq
müharibəsi artıq ABŞ-la Avropa arasında başlıca məsələ deyil. Onlar daha çox Əfqanıstana, İranın nüvə
proqramına və Rusiya ilə münasibətlərdəki gərginliyə diqqət yetirirlər.
Avropa səfərinin hər dayanacağında Prezident Buş İran haqda və Tehrana əlavə təzyiq yolları haqda danışdı. ABŞ prezidentin Avropaya son səfərində nəzərə çarpan bir amil də anti-Buş nümayişlərinin azlığı idi. Alman qəzeti yazırdı ki, Buş hətta düşmən kimi də populyar deyil. Vilyam Dozdiyak bunu onunla izah edir ki, insanlar Buşun rəhbərliyi tərk etdiyini anlayırlar və artıq irəli baxırlar. Prezident Buşun Avropaya səfəri bu qitədə Demokrat namizəd Barak Obamaya qızğın marağın fonunda baş verirdi. Təhlilçi Çarlz Kupçan deyir ki, istər Obama istərsə də Respuibikaçı namizəd Con Makkeyn ABŞ-Avropa münasibətlərinn güclü olmasını arzulayır. Düzdür, Avropalılar onun namizədliyinə daha həvəssiz yanaşırlar. Amma başa düşülür ki, Con Makkeyn mərkəzçidir, onun yürüdəcəyi siyasət Avropalılarln baxışlarına daha çox uyğun gələcək.