Almaniya kansleri Anqela Merkel onun ölkəsinin Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini deyib, lakin NATO-ya üzvlük istiqamətində addım atmaqdan öncə ərazi mübahisəsini həll etməyə çağırıb. Xanım Merkel bu gün Berlində Gürcüstan prezidenti Mixail Saakaşvili ilə Gürcüstandan ayrılmaq istəyən Abxaziyada münaqişənin sülh yolu ilə həlli səylərini müzakirə edib. Gürcüstan Rusiyanın sülhümühafizə qüvvələrini separatçılara dəstək verməkdə, Rusiyanı isə bu regionların ilhaqına çalışmaqda ittiham edir. Moskva bu ittihamları rədd edir. Bundan öncə cənab Saakaşvili ABŞ Dövlət katibi Kondoliza Raysla Gürcüstan və Rusiya arasında gərginliyi müzakirə edib.