Zimbabve müxalifətinin lideri keçid proqramını açıqlayıb

Zimbabve müxalifətinin lideri Morqan Tsvangiray regional liderləri ölkəni siyasi böhrandan çıxarmaq üçün keçid dövrü qrupuunun yaradılmasına rəhbərlik etməyə çağırıb. Bu gün paytaxt Hararedə danışan Tsvvangiray Afrika Birliyi və BMT-nin dəstəklədiyi Cənubi Afrika İnkişaf İcmasına müraciət edərək, keçid proqramını həyata keçirilməsinə nəzarət etmələrini istəyb. O, bütün siyasi məhbusların azad edilməsi və martın 29-u onun partiyasının parlamentə nəzarəti ələ aldığı səsvermə zamanı seçilmiş qanunvericilərin and içməsi də daxil olmaqla, dörd maddədən ibarət planın əsas müddəalarını açıqlayıb. Demokrat Dəyişiklik Hərəkatının lideri habelə müharibə veteranlarından ibarət hərbi dəstələrin tərksilah edilməsi və humanitar yardımın bərpasını istəyib. Cənubi Afrika liderləri Zimbabvedə zorakılıqlarla muşayiət olan siyasi böhranı müzakirə etmək üçün bu gün Svazilandın paytaxtında təcili iclas keçirirlər.