İraqda Amerikanın hökumət işçiləri və əsgərləri qətlə yetirilib

Birləşmiş Ştatlar hərbi qüvvələrinin bildirdiyinə görə, Bağdadın Sədr şəhərindəki yerli şura binasında baş verən partlayış nəticəsində Amerikanın iki əsgəri və iki hökumət işçisi qətlə yetirilib. Rəsmilər bu gün şura binasında həyata keçirilən hücum zamanı 6 mülki vətəndaşın da öldüyünü xəbər veririlər. Hadisə zamanı azı 7 nəfərin yaralandığı deyilir.

Binada baş verən bu partlayış İraq yaraqlılarının iki Amerika əsgərini qətlə yetirmələrindən, digər 3 əsgəri və bir tərcüməçini yaralamalarından bir gün sonraya təsadüf edir. Birləşmiş Ştatların Müdafiə Nazirliyi isə İraqda həyata keçirilən zorakılıqların 80% azaldığını bildirib.