İraq
rəsmiləri bildirirlər ki, Bağdadın şimalında Diyala vilayətinin mərkəzi
Baqubada bir intiharçı qadının hücumu nəticəsində azı 15 nəfər həlak olub, 40
nəfər isə yaralanıb. Əməliyyat şəhərin möhkəm mühafizə edilən bölgəsində, hökumət idarələrinin və məhkəmə binasının
yerləşdiyi məntəqədə baş verib. Rəsmilər hücumda azı 8 polisin həlak olduğunu
bildirirlər. Bu son ayılar qadın intiharçıların hücumlarının artması müşahidə
olunur. Birləşmiş Ştatların hərbçiləri deyirlər ki, qadınların təhlükəsizlik
qüvvələrinin yoxlanışından keçməsi asan olduğu üçün, İraqdakı Əl Qaida onları
öz sıralarına cəlb edə bilir.