Zimbabvedə
məhkəmə polisin müxalifət nümayişinə qoyduğu qadağanı ləğv edib. Gələn həftə keçiriləcək prezident
seçkilərinin ikinci raundundan öncə məhkəmə Bazar günü Demorkatik Dəyişiklik
Uğrunda Hərəkatın paytaxt Hararedə nümayiş keçirməsinə icazə verib. Bu arada prezident Robert Muqabe aparıcı
müxalifət partiyasının öz tərəfdarlarına qarşı zorakılıq kampaniyası aparılması
haqda iddialarını rədd edir. Cənab
Muqabe cümə günü Bulavayo şəhərində keçirilən nümayişdə bu iddiaların yalan
olduğunu söyləyib. Prezident deyir ki,
Demorkatik Dəyişiklik Uğrunda Hərəkatın başlıca məramı İyun 27-də keçiriləcək
seçkiləri gözdən salmaqdır. Müxalifət
partiyası bildirir ki, martın 29-da səsvermənin birinci raundundan bəri ən azı 70 tərəfdarı qətlə yetirilib.