İraqda reydlər davam edir

Birləşmiş Ştatların İraqdakı hərbçiləri bildirirlər ki, cümə günü koalisiya qüvvələri ölkənin müxtəlif bögələrində həyata keçirdikləri reydləri nəticəsində Əl-Qaidanin üzvü 25 şübhəlini həbs edib. Bu gün hərbçilərin açıqladığı bəyanatda deyilir ki, tutulanlardan ikisinin maşına yerləşdirilmiş bomba hücumunda iştirakından şübhələnilir. Həbs olanlardan biri isə militant qrupa bomba istehsal etmək yollarını öyrədirdi. Mosulda hərbi qüvvələr Əl-Qaidanın İraqdakı şəbəkələrinə hücumlarını davam etdirdikləri bildirilir.