Olimpiya
məşəli
gərgin təhlükəsizlik tədbirləri altında son dayanacağı olan Tibetin paytaxtı
Lhasaya çatıb. Məşəlin gəzdirilməsi mühacirətdə olan Tibet lideri Dalay Lamanın
sabiq yay sarayı Norbulingkadan başlayaraq Tibet rəhbərləyinin əyləşdiyi Potala
sarayında sona çatıb. Tamaşaçılar qaçıcıların məşəli aparmasını sevinc hissi
ilə qarşılayıblar. Bununla yanaşı, hər hansı iğtişaşın qarşısını almaq üçün
polis və əsgərlər məşəli mühafizə edib. Çinin Tibetə yürütdüyü siyasətinə qarşı
keçirilən etiraz aksiyaları Məşəlin dünyaya səfərinə maneələr törədib. Bu gün
Nepal paytaxtı Katmanduda yüzlərlə tibetli Çin konsulluğunun qarşısında məşəlin
Tibetdən keçməsinə etirazını bildirib.