Əfqanıstanda
yol kənarında yerləşdirilmiş bir sıra bomba partlayışları nəticəsində azı 5
koalisiya əsgəri həlak olub. Birləşmiş Ştatların başçılıq etdiyi koalisiyanın
açıqladığı bəyanatda qeyd edilib ki,
əsgərlərin 4-ü Qəndəhar vilayətində bomba parlayışı səbəbilə həlak olub.Yaraqlılar isə əsgərləri atəşə
tutublar. Bəyanatda əsgərlərin hansı ölkədən olduqları barədə məlumat
verilməyib. Polşa Müdafiə Nazirliyi
bildirib ki, Paktika vilayətində NATO-nun hərbi qüvvələrində xidmət edən
bir polşa əsgəri yol kənarında yerləşdrilmiş bomba partlayışı nəticəsində həlak
olub. Koalisiya qüvvələrinin rəsmisi cümə günü Fərəh vilayətində yol kənarında
yerləşdirilmiş bomba partlayışında bir əsgərin də həlak olduğunu bildirib.
Lakin əsgərin milliyəti barədə məlumat yoxdur.