Avropa sammiti başa çatır

Avropa Birliyi liderləri Lissabon sazişinin gələcəyi barədə qərar verməyi oktyabr ayına qədər təxirə salıblar. Bu gün Brüsseldə sona çatan 2 günlük Avropa sammitinin başlıca mövzusu genişlənən blokun əməliyyatlarının nizama salınması olub. Keçən həftə İrlandiya seçiciləri Lissabon sazişinə “Yox” deyəndən bəri Avropa liderləri çıxılmaz vəziyyətə düşüb. Ardınca isə bu gün çex rəsmiləri ziddiyyətli bəyanatla çıxış edib. Avropa liderlərinin bildirdiyinə görə, sazişin ratifikasiyası üçün Çex Respublikasının konstitusiyasında hələ də problemlər qalmaqdadır.