Əfqanıstandakı koalisiya qüvvələri hədəf alınmaqda davam edir

Əfqan rəsmilərinin bildirdiyinə görə, bu gün Helmənd vilayətində baş verən intiharçı hücumu nəticəsində azı 5 mülki vətəndaş və koalisiya qüvvələrinin bir əsgəri qətlə yetirilib. Vilayətin polis rəisi Məhəmməd Hüseyn Andival hədəfin Birləşmiş Ştatların başçılıq etdiyi koalisiya qüvvələri olduğunu deyib. Koalisiya qüvvələrinin xəbərində isə bildirilir ki, dünən də Helmənd vilayətində iki əsgər qətlə yetirilib.

Dünən Qəndəhar vilayətində NATO və Əfqanıstan qüvvələri birlikdə Taliban yaraqlılarına qarşı əməliyyatlar aparmışlar. Əfqanıstanın Daxili İşlər nazirliyinin sözçüsü, general Məhəmməd Zahir Əzimi çərşənbə günündən bəri Arqandab mahalında aparılan əməliyyatlar nəticəsində 56 yaraqlının öldürüldüyünü bildirib.