Zimbabve müxalifətinin fəalları qətlə yetirilib

Zimbabvenin əsas müxalifət partiyası “Demokratik Dəyişiklik Uğrunda Hərəkat”-ın sözçüsü Nelson Çamisa bildirib ki, iki gün bundan əvvəl oğurlanmışpartiya fəallarından 4 nəfərin cəsədi bu gün aşkar edilib. Müxalifət iyun ayının 27-i, ikinci tur seçkilər ərəfəsində zorakılıqların artdığını bildirir və bu qətllərdə prezident Robert Muqabeni dəstəkləyənləri günahlandırır.

Qeyd edək ki, müxalifət fəallarının qətlləri barədə xəbər Cənubi Afrika prezidenti Thabo Mbekinin prezident Muqabe və müxalifət lideri Morqan Tsvangiari ilə ayrı-ayrılıqda görüşündən sonra açıqlanıb. Cənubi Afrika qəzetlərinin yazdığına görə, cənab Mbeki Zimbabve prezidentindən namizədliyini geri götürməsini xahiş edib.