Gürcüstan Rusiyanın sülhməramlı əsgərlərini azad edib

Gürgüstan rəsmilərinin bildirdiyinə görə, dünən Abxaziyada həbs edilmiş Rusiaynın 4 sülhməramlı əsgəri azad edilib. Rəsmilər qeyri-qanuni silah daşımaqda günahlandırılaraq həbs edilən həmin əsgərlərin sorğu-suala tutulduqdan sonra azad edildiyini bildirmişlər. Qeyd edək ki, Gürcüstan ümumiyyətlə Rusiaynın Abxaziya və Cənubi Osetiyadakı sülhməramlı qüvvələrinin separatçıları himayə etməkdə günahlandırır.