Nikola Sarkozi Mərkəzi Avropa ölkələrinin liderləri ilə görüşür

Fransa prezidenti Nikola Sarkozi bu gün Praqada Mərkəzi Avropa ölkələrinin liderləri ilə keçən həftə İrlandiyanın Avropa Birliyində islahatlar sazişini rədd etməsi məsələsini müzakirə edir. Prezident Sarkozi Polşa, Slovakiya, Macarıstan və Çex Respublikası liderlərindən sazişə dəstək vermələrini istəyəcək. Avropa Birliyinin gələn ay rotasiyalı prezidentliyini təhvil alacaq Nikola Sarkozi deyib ki, İrlanidyanın seçimi birliyin islahatlar keçirməsinə çətinliklər yaratsa da, bunun böhrana çevrilməsinə yol evrilməməlidir. Avropa Birliyinin xarici işlər nazirəri bu gün Lüksemburqda məsələni müzakirə edir.