ABŞ prezidenti Corc Buş bu gün Böyük Britaniyada kraliça Yelizaveta və
baş nazir Gordon Braunla görüşüb. Prezident və birinci xanım Lora Buş
baş nazirlə birgə şam yeməyindən öncə kraliçanın Undzor sarayında
olub. Corc Buşun baş nazir Gordon Braunla daha bir görüşü sabaha təyin
edilib. Görüş zamanı İraq məsələsinin müzakirəyə çıxarılacağı
bildirilir. Londonun “Observer” qəzetinə müsahibə verən prezident Buş
Braniyanın qüvvələrinin İraqdan çıxarılmasına vaxt qoyulması planının
əleyhinə olduğunu bildirmişdi. Corc Buş demişdi ki, qüvvələrin İraqdan
çıxaırlması cədvəldən deyil, nailiyyətdən asılı olmalıdır. Britaniya və
ABŞ liderlərinin müzakirələrində İran məsələsi də yer alacaq.