ABŞ-ın İraqdakı hərbi qüvvələrinin bildirdiyinə görə, koalisiya
qüvvələrinin ölkənin mərkəzi və şimal bölgələrində keçirdiyi ayrı-ayrı
əməliyyatlar zamanı Əl-Qaidə yaraqlısı olduğundan şübhəli iki şəxsi
qətlə yetirib, 33 nəfər saxlanılıb. Hərbi qüvvələrin bəyanatında
bildirilir ki, bu insident zamanı İraqda Əl-Qaidə qrupu ilə əlaqəsi
olan yaralıqlar Mosulda koalisiya qüvvələrinə atəş atıblar. Əsgərlərin
cavab atəşi açdığı, bir yaraqlının qəltə yetirildiyi, dozzuz nəfərin
yaralandığı bildirilir. Koalisiya qüvvələrinin verdiyi məlumata görə,əsgərlər bu gün Mosulda həmçinin terrorçuların gizləndiyi sığınacağı aşkar edərək məhv ediblər. Sığınacaqda toqquşma zamanı bir nəfər yaraqlı öldürülüb.