Yanacaq qiymətlərinə qarşı etiraz aksiyaları davam edir

İspaniya, Fransa və Portuqaliyada artan yanacaq qiymətlərinə etiraz olaraq aksiyalar ikinci gündür davam edir. Madrid və Barselonada qiymətlərin azaldılması tələbi ilə minlərlə yük maşını sürücüsü yollarda tıxaclar yaradıb, Kataloniya regionunda bəzi benzindoldurma stansiyaları bağlanıb. Etiraz aksiyaları İspaniya və Fransa arasındakı yollara da təsirini göstərib. Təhlilçilərin fikrincə sürücülərin tətili bir neçə gün davam etsə, ərzaq qıtlığı problemi baş qalıdracaq.