Sünni qəbilə başçısı Şeyx Əli Əl-Nidas qətlə yetirilib

İraq polisinin bildirdiyinə görə, bu gün diktator Səddam Hüseynin vaxtı ilə mənsub olduğu sünni qəbiləsinin başçısı Şeyx Əli Əl-Nidas öldürülmüşdür. Rəsmilər qəbilə başçısının maşınının Tikritə gedən yolda bomba hücumuna məruz qalaraq partladığını deyirlər. Hadisə nəticəsində Əl-Nidasın cangüdələrindən biri ölmüş, ikisi isə yaralanmışdır.

Dünən Bağdadda hərbi keşikçilərə qarşı həyata keçirilən bomba hücumu nəticəsində isə bir İraq əsgəri daxil edilməklə, 4 nəfər ölmüş, 7 nəfər yaralanmışdır.