Sergey Lavrov Serbiya və Kosovonu yeni danışıqlara çağırıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Serbiya və Kosovonu yeni danışıqlara çağıraraq bildirib ki, fevral ayında Kosovonun müstəqilliyini elan etməsi reqiona sabitlik gətirməyib. O, Moskvada kiprli həmkarı Markos Kiprianu ilə görüşdən sonra bu bəyanatı verib. Cənab Kiprianu Kosovo albanlarının elan etdiyi müstəqilliyin əleyhinə olduğunu bildirərək deyib ki, bu məsələ BMT Təhlükəsizlik Şurasında müzakirə edilməlidir. Serbiyanın yaxın müttəfiqi Rusiya da Kosovonun müstəqilliyinə qarşıdır və BMT-nin Kosovonun qərarını dəstəkləyən qətnaməsinə veto qoyacağı ilə hədələyir.