Corc Buş  Konqresi maliyyə fondlarına dair qanun layihəsinin təsdiqinə çağırır

ABŞ prezidenti Corc Buş deyib ki, Konqres maliyyə fondlarına dair qanun layihəsini təsdiq etməsə, Müdafiə Nazirliyi İraq və Əfqanıstandakı əsgərlərin maaşlarını ödəyə bilməyəcəyk. Həftəlik radio müraciəti zamanı prezident Amerika qüvvələrinin əməliyyatlarına dəstək üçün maliyyə vəsaitinə böyük ehtiyac duyulduğunu bildirib. Prezident deyib ki, Konqresin müharibəyə deyil, əsgərlərə dəstək verən üzvlərinin qanun layihəsini təsdiq edəcəyinə ümid bəslədiyini bildirib.