ABŞ-ın energetika naziri Yaponiyadadır

ABŞ-ın enerji naziri Samuel Bodman deyir ki, yanacaq qiyməti subsidiyaları artan neft qiymətlərinə çarə deyil. Bodman bu gün Yaponiyanın Aomori şəhərində jurnalistlərə deyib ki, neftə qlobal tələbatın artmasına baxmayaraq, yanacaq istehsalı son 3 il ərzində bir günə 85 milyon barreli aşıb. O, enerji investisiyasının artırılmasına çağırıb. Nazir bu şərhi neft qiymətinin 11 dollar qalxaraq Nyu-York birjasında yeni rekorda – 139 dollara çatmasından bir gün sonra verib. Bodman qiymətlərin artmasını şokedici adlandırıb, ancaq deyib ki, əgər ölkələr subsidiyalar vasitəsilə yanacaq qiymətlərini azaltsa, istehlakçılar öz vərdişlərini dəyişməməlidirlər. Bodman Böyük Səkkizliyin enerji rəhbərləri ilə görüşmək üçün Yaponiyadadır.