BAEA İranın nüvə fəaliyyətlərini müzakirə edir

Beynəxlaq Atom Enerjisi Agentliyi İranın nüvə fəaliyyətlərinin öyrənilməsinə dair Vyanda 5 günlük müzakirələrə başlayıb. Suriyanın şübhəli nüvə reaktoru inşa etməsi məsələsi də gündəmə gətirilib. BMT bu ay Suriyaya müfəttiş heyəti göndərir.

Nüvə fəaliyyətlərinin dinc mahiyyətli olduğunda israr edən İran BMT-nin nüvə agentliyi ilə onun son hesabatından sonra əməkdaşlığını məhdudlaşdıra biləcəyini deyir. Keçən həftə açıqlanan hesabatda deyilirdi ki, İran nüvə silahları istehsal etmədiyinə dair kifayət qədər dəlil göstərə bilməyib.

BAEA-nin rəhbəri Məhəmməd Bəradeyi bu gün Suriyanın nüvə reaktoru inşa etdiyinə dair kəşfiyyat məlumatlarını bölüşmədiyinə və təftişdən əvvəl obyektə qarşı hücuma keçdiyinə görə İsrail və Amerikanı tənqid edib.