Somali prezidentinin təyyarəsinə hücum edilib

Somali rəsmiləri deyirlər ki, qiyamçıların Prezident Abdullahi Yusufun təyyarəsinə Moqadişu aeroportunda hücumundan prezident xəsarətsiz qurtulub. Rəsmilər deyirlər ki, qiyamçılar prezidentin təyyarəsinə minamyotdan 3 atəş açmışlar, lakin onlardan heç biri təyyarəyə dəyməyib. Məlumatlara görə hücumda ən azı bir adam yaralanıb. Prezident sözçüsü bildirib ki, sonradan cənab Yusuf qonşu Cibutiyə uçub. Orada o, BMT Təhlükəsizlik Şurasının regionda sülh turu keçirən nümayəndə heyəti ilə görüşəcək.