Zimbabve prezidenti kampaniyaya başlayır

Zimbabve prezidenti Robert Muqabe hakim partiyanın Hararedəki qərargahında etdiyi çıxışla İyunun 27-də keçiriləcək prezident seçkiləri kampaniyasına start verib. Ədliyyə naziri və hakim ZANU-PF partiyasının sözçüsü Patrik Çinamasa dövlət qəzetinə bildirib ki, onun partiyasında daxili mübahisələr həll olunub və pariyanın qurtuluşu uğrunda hamı mübarizə aparacaq. Çinamasa müxalifətdə olan Demokratik Dəyişiklik Uğrunda Hərəkatı bir vaxtlar Zimbabvedə müstəmləkə qurmuş Britaniya və ağ fermerlərlə əlaqədə günahlandırıb. Müxalifət lideri Morqan Tsvangiray Şənbə günü vətənə qayıtmış və Prezident Muqabeni məğlub edəcəyini bəyan etmişdir.