Rusiya prezidenti Dmitri Medvedev ilk rəsmi səfərlə Qazaxıstanın paytaxtı Astanadadır. Prezident Medvedev şənbə günü Çinə yola düşməlidir. Adətən Rusiyanın yeni liderləri xarici səfərlərinə Avropa ölkələrindən başlayır. Bu dəfəki Asiya səfəri Rusiya üçün regionun enerji mənbələrinin əhəmiyyətini göstərir.
Rusiya prezidenti Dmitri Medvedevin enerji və fəza əməkdaşlığı məsələlərini müzkirə edəcəyi gözlənilir. Sovet ittifaqının süqutundan sonra Moskva Orta Asiya ölkələrində nüfuzunu bərpa etməyə çalışır. İyun ayının əvvələrində Medvedevin səfər edəcəyi ilk Avropa ölkəsi Almaniya olacaq.