Neft qiymətləri yeni rekord səviyyəyə qalxıb

Xam neftin qiyməti bu gün yeni rekord səviyyəyə qalxaraq, bir barrel üçün 135 dollardan artıq olub. Nyu York ticarət birjasında xam neftin qiymətinin belə yüksəlməsi ehtiyatların azalması və tələbatın artması ilə bağlı narahatlıqlar səviyyəsində baş verir. ABŞ -da benzinin qiyməti bir litr üçün bir dollara çataraq yeni rekord səviyyəyə çatıb.

Bu, avtomobilqayırma sənayesində aparacı şirkət olan Fod Motorun istehsalı azaltmağa vadar edib. Şirkət bu gün bidiirb ki, yüksək yanacaq qiymətləri və iqtiasdi yavaşıma idman tipli avtomobillər və mini yük maşınlarının satışına təsirini göstərir. Ford Motorun bildirdiyinə görə, şirkət 2009-cu ilə qədər gəlir əldə edə biləcəyinə inanmır.