Çin  beynəlxalq ictimaiyyətdən əlavə yardım istəyib

Çin beynəlxalq ictimaiyyətə müarciət edərək, keçən həftə Siçuan vilayətində baş verən zəlzələ nəticəsində evsiz qalmış insanlar üçün əlavə 3 milyon çadır göndərilməsini istəyib. Zəlzələ nəticəsində ölənlərin sayının 51000-ə çatdığı bildirilir. Bu bir gün bundan əvvəlki saydan 10000 nəfər çoxdur. Rəsmilər 30 000 isnanın hələ də itkin düşüdüynü, 5 milyon adamın evsiz qaldığını deyirlər.

Pekin Olimpiya Oyunlarının təşkilatçıları isə zəlzələ səbəbilə Olimpiya məşəlinin Siçuan vilayətindən planlaşdırıldığından daha gec keçəcəyini bildirib. Bunun məqsədi xilasetmə əməliyyatlarına mane olmamaqdır.