Kosovonun statusu ilə bağlı yeni danışıqlara çağırılır

Rusiya, Hindistan və Çin Kosovonun statusu ilə bağlı yeni danışıqlar keçirməyə çağırılrar. Üç ölkənin xarici işlər nazirləri bu gün Yekaterinburq şəhərində müxbirlərə bildiriblər ki, Serbiya və Kosovo liderləri arasında yeni danışıqlar beynəlxalq qanunlar əsasında keçirilməlidir.

Serbiya Kosovonun onun ərazisi olduğuna təkid edir. Rusiya Kosovonun bu ilin əvvəlində müstəqilliyini elan etməsinin BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozduğunu deyən Serbiyanı müdafiə edir. 30-dan çox ölkə Kosovonun müstəqilliyini tanıyıb.