İraq qoşunları ölkədə Əl-Qaidəyə qarşı yeni əməliyyatların ikinci günü evbəev axtarışlarını davam etdiriblər. Həbs olunanlar barədə məlumat verilməyib. İraq rəsmiləri Mosulda hərəkət məhdudiyyətlərini bir qədər yüngülləşdirib. İraqın baş naziri Nuri Əl-Maliki Əl-Qaidənin son sığınacağı olan Mosulda əməliyyatlara nəzarət edir. Rəsmilər deyirlər ki, həftənin əvvəlindən davam edən əməliyyatlar zamanı Mosul və onun ətrafında 500-dən çox yaraqlı həbs edilib. ABŞ ordusu isə İraq qüvvələrinə dəstəklərini əsirgəmədiklərini bildirirlər. Bununla yanaşı, Amerika qüvvələrindən verilən məlumata görə, gecə yarı döyüşlər zaman ən azı bir yaraqlı öldürülüb.