Azərbaycan məhkəməsi bu il prezident seçkilərinin monitorinqini keçirəcək qeyri-hökumət təşkilatının qeydiyyatını ləğv edib. Məhkəmə Ədliyyə Nazirliyinin qərarı əsasında hərəkət edərək, Demokratik Seçki Mərkəzinin qeydiyyat üçün lazımi informasiyanı və bütün sənədləri təqdim etmədiyini bildirib.
Mərkəzin direktoru Anar Məmmədli qərarın siyasi xarakter daşıdığını deyərək, qrupun oktyabr ayında Azərbaycanda prezident seçkilərinin monitorinqini keçirməyi planlaşdırdığını qeyd edib.