Barak Obama və Hilari Klinton növbəti ilkin seçkiyə hazırlaşırlar

ABŞ senatorları Barak Obama və Hilari Klinton Qərbi Virciniya ştatında Demokrat partiyasının növbəti ilkin seçkisinə hazırlaşırlar.
Rəy sorğularına əsasən, Nyu York ştatından senator Hilari Klinton çərşənbə axşamı günü keçiriləcək ilkin seçkidə qələbə çalacağı gözlənilir. Lakin son bir neçə gün ərzində Barak Obama avqust ayında Demokrat partiyasının qurultayında bir neçə super nümayəndənin dəstəyini qazanıb. Bununla Barak Obama ilə bu ilin əvvəli super nümayəndələrin sayına görə ondan xeyli irəlidə olan Klinton arasında fərq demək olar ki, bərabər olub.