Dmitri Medvedev rəsmən Rusiya prezidenti oldu

Bu gün Kremldə təşkil edilən inaqurasiya mərasimində and içən Dmitri Medvedev rəsmən Rusiya prezidenti olub. Andiçmə mərasimindən dərhal sonra cənab Medvedev sələfi Vladimir Putinin namizədliyini baş nazir vəzifəsinə irəli sürüb. Vladimir Putinin tərəfdarlarının çoxluq təşkil etdiyi parlamentin cənab Putinin nominasiyasını tez bir zamanda təsdiq edəcəyi gözlənilir.

Altı dəqiqəlik inaqruasiya çıxışında 42 yaşlı Dmitri Medvedev deyib ki, Rusiyada yaxşı inkişaf etdirilmiş hüquqi sistem iqtisadi və sosial inkişafın əsasını təşkil etməlidir. Rusiya müxalifəti cənab Medvedevin martda tam qələbəsini təmin edən seçki sistemini kəskin tənqid edib.