Beynəlxalq Yardım təşkilatlarının bildirdiyinə görə, humanitar yardım dəstələri şənbə günü siklondan zərər çəkən Birmanın ayrı –ayrı bölgələrinə yardımlar göndərilir. BMT-nin Dünya Ərzaq Proqramında bildirilir ki, siklonun zərər vurduğu ərazilərdə milyonlarla insan evsiz-eşiksiz qalmış, bəzi kəndlər isə tamamilə dağılmışdır.
Beynəlxalq Qırmızı Xaç Təşkilatı 1991-ci ildən bəri çox sayda insanın ölümünə səbəb olan “Nərgiz” siklonunun genişmiqyaslı dağıntılara gətirib çıxardığını demiş və Birmaya yardım üçün 6 milyon dollar məbləğində pul lazım olduğunu bildirmişdir. Birma hökumətinin bildirdiyinə görə, “Nərgiz” siklonu 23 000 nəfərə yaxın insanın ölümünə, 42 000-ə qədərinin isə itkin düşməsinə səbəb olub.