Çeçenistanda baş verən partylayış polis işçilərinin ölümü ilə nəticələnib

Rusiyanın Çeçenistan Respublikasında mina partlayışı səbəbi ilə 5 polis zabitinin həlak olduğu, ikisinin isə yaralandığı xəbər verilir. Polisin bildirdiyinə görə, əldəqayırma bu qurğu partlayışa dünən gecə paytaxt Qroznıda səbəb olub. Hücumun kim tərəfindən həyata keçirildiyinə dair heç bir iddia irəli sürülməyib və hucumun məsuliyyətini üzərinə götürən olmayıb.